Tərkib:
4-5 x.q. incə bulqur
2 ədəd pomidor
1 dəstə cəfəri
1 dəstə nanə
½ dəstə göy soğan
1 diş sarımsaq
1 ədəd limon
2 x.q. zeytun yağı
2 x.q. narşərab
1 ç.q. duz
Hazırlanması:
Bulqur isti suda saxlanır. Suyu çəkilib şişdikdən sonra üzərinə xırda doğranmış pomidor, cəfəri, nanə, sarımsaq və soğan əlavə edilir. Ərzaqların üzərinə limon sıxılır, zeytun yağı, narşərab və duz qatılıb qarışdırılır.
İnterpress.az