Sürpriz içlikli  toyuq kotletibackend

Sürpriz içlikli toyuq kotleti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyülmüş ətdən kotlet

Tərkib:
30 qr “Parmezan” pendiri
150 qr qarışıq tərəvəz
200 qr toyuq filesi
1 ədəd baş soğan
2 ədəd kartof
50 qr kərə yağı
¼ dəstə göy soğan
Suxarı
Bitki yağı
Duz, istiot

Hazırlanması:

Toyuq filesi baş soğanla çapaçaqla döyülür. Üzərinə sürtgəcdən keçirilmiş pendir, duz istiot səpilib qarışdırılır. Hissələrə bölünümüş qarışıq kotlet şəklinə salınıb suxarıya batırılır. Tava qızdırılır, içərisinə kərə yağı əlavə edilib əridilir. Kotletlər yağda hər iki tərəfli qızardılır.
Kartof dilimlənir, üzərinə suxarı və duz səpilib bitki yağında qızardılır. Qarışıq tərəvəzlər bitki yağında qovrulur. Kotlet boşqaba qoyulur, üzərinə xırda doğranmış göy soğan səpilir. Kənarlarına kartof və tərəvəzlər yığılıb servis edilir.

İnterpress.az