Ördəkli basdırma plovbackend

Ördəkli basdırma plov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 ədəd ördək (yağlı)
250 qr kərə yağı
200 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 kq düyü
Su
Duz, istiot

Hazırlaması:

Düyü yuyulur, 3-4 saat suda saxlanıb suyu süzülür. Soğan sürtkəcdən keçirilib suyu sıxılır. Soğanın üzərinə ətçəkən maşınından keçirilmiş qoz, duz, istiot əlavə edilib qarışdırılır. Qarışıq əzilir. Ördəyin üzərinə su, bir qədər qoz-soğan qarışığı, duz əlavə olunub bişirilir. Ördək bişənə yaxın sudan çıxarılır. Qaynayan suya yağ, yerdə qalan qoz-soğan qarışığı və düyünün yarısı tökülür. Düyünün üstünə ördək yerləşdirilib üzərinə qalan düyü əlavə edilir. Plovun üzərinə bir qədər su tökülüb 1saat zəif odda bişirilir.


İnterpress.az