Tərkib:
120 qr hinduşka filesi
10 qr küncüt
80 qr ananas
100 qr rukola
½ ədəd nar
Zeytun yağı
Duz, istiot
Sous üçün:
10 ml “Sweet chili” sousu
1 ç.q. pul bibər
2 ç.q. bal
Sousun hazırlanması:
“Sweet chili” sousunun üzərinə bal və pul bibər əlavə edilib qarışdırılır. Hinduşka filesi uzunsov doğranır, üzərinə duz , istiot səpilib 30 dəqiqə sousda saxlanır. Hinduşka filesi sousdan çıxarılır, küncütə batırılıb yağda qızardılır.
Salatın hazırlanması:
Ananasın yarısı yarımhalqa doğranıb boşqaba dairəvi şəkildə düzülür. Yerdə qalan ananas kubvarı doğranır. Üzərinə rukola, nar dənələri və 1 x.q. zeytun yağı əlavə edilib qarışdırılır. Qarışıq doğranmış ananasın üzərinə yığılır. Salatın üstünə qızarmış küncütlü hinduşka əti yığılır, nar dənələri səpilib servis edilir.
İnterpress.az