Turnirin sonuncu yarış günündə Elmar Qasımov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.
Həlledici görüşdə Qasımov fransalı Siril Marenə ipponla yenərək qalib gəlib.
Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı “World Masters”i kişilərin sıralamasında 1-ci, ümumi sıralamada 2-ci pillədə başa vurub.
İnterpress.az