3D printerdə çap edilən “CANLI” İLANLAR: Mifik “Meduza Qorqona” dəbilqəsi YARADILDI – VİDEObackend

3D printerdə çap edilən “CANLI” İLANLAR: Mifik “Meduza Qorqona” dəbilqəsi YARADILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 3D printerdə hərəkət edən ilanlardan ibarət “Meduza Qorqona” dəbilqəsi hazırlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Digg” portalı məlumat yayıb.

Çində bir qadın 3D printer vasitəsilə mifik personaj “Meduza Qorqona”nın saçlarını xatırladan və canlı kimi hərəkət edən ilanlarla bəzədilmiş qeyri-adi dəbilqə hazırlayıb.

Konstruksiya sosial şəbəkələrdə qısa müddətdə böyük maraq və müzakirələrə səbəb olub. Dəbilqədəki ilanların hərəkət etməsinin bütün sirri xüsusi dişli çarxlar və kiçik elektrik mühərrikindədir.

Sözügedən mühərrik ilanları hərəkətə gətirərək onların real heyvanlar kimi qıvrılmasını təmin edir.

Konstruksiyanın maraqlı tərəfi ondan ibarətdir ki, hərəkətverici mexanizmin özünü istəyə uyğun olaraq saçların altında tamamilə gizlətmək mümkündür.

İzləyicilər bu layihəni mexaniki sənətin və 3D texnologiyasının maraqlı sintezi kimi qiymətləndiriblər.

Başlıq xüsusilə kospley həvəskarları və müxtəlif festival iştirakçıları üçün fərqli bir aksesuar hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az