40 minə yaxın qanunsuz miqrant Türkiyədən deportasiya edildibackend

40 minə yaxın qanunsuz miqrant Türkiyədən deportasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən Türkiyədən 39 576 qanunsuz miqrant deportasiya edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, qanunsuz miqrantların deportasiyası ilə bağlı Əfqanıstana 27 çarter reysi həyata keçirilib.

Bu uçuşlarla Əfqanıstandan olan 4414 qeyri-qanuni immiqrant deportasiya edilib.

Bununla yanaşı, Əfqanıstandan olan 12839 əcnəbi vətəndaş isə planlı şəkildə ölkələrinə qaytarılıb.

Eləcə də ilin əvvəlindən başqa ölkənin vətəndaşlığını daşıyan 39 576 qanunsuz miqrant öz vətənlərinə deportasiya edilib.

Ümumilikdə isə Türkiyə sərhədlərində görülən tədbirlər nəticəsində 96 785 qanunsuz miqrantın ölkəyə qeyri-qanuni girişinin qarşısı alınıb.