Şagirdlərin sinifdən-sinfə keçirilməsində dəyişik!backend

Şagirdlərin sinifdən-sinfə keçirilməsində dəyişik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ında dəyişiklik edilməsi barədə əmrinə əsasən həyata keçirilir.

Əvvəllər mövcud olan cədvələ əsasən, şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alırdısa illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırdısa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırdısa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırdısa, illik qiymət “4” çıxarılırdı. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4” Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “2”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “4”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “2”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “5”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alırdı.

Təlimatda edilən dəyişikliyə əsasən, bu ildən şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alırdısa illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırdısa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırdısa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırdısa, illik qiymət “4” çıxarılacaq. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4” Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “3”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “3”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “3”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alacaq.

Əmrə əsasən, “Böyük summativ qiy­mət­ləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.

İnterpress.az