Quba kəndləri təzəklə isinirbackend

Quba kəndləri təzəklə isinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın əksər kəndləri qazlaşdırılmayıb. Məlumata görə, rayonun əksər dağ kəndləri kimi, dəniz səviyyəsindən 2248 m hündürlükdə yerləşən Buduq inzibati dairəsinə daxil olan Buduq, Zeyid və Dağüstü kəndləri hələ qazlaşmayıb. Yerli camaat burada qazsızlıqdan əziyyət çəkir.

Bu kəndlərin sakinləri qış-yay aylarında yanacaq kimi təzəkdən istifadə edir.

Azəriqaz İB-nin Xaçmaz regional qaz idarəsindən bildirilib ki, Buduq kəndi istiqamətində yerləşən yaşayış məntəqələrinin nə vaxt qazlaşdırılacagı hələ məlum deyil. Ümumilikdə isə Qubanın 157 kəndindən yalnız 56-sı qazlaşdırılıb. Bu il ərzində daha 5 kəndə mavi yanacaq verilməsi nəzərdə tutulub. (ans)

İnterpress.az