Günəşdən özünüzü qoruyun – Hava proqnozubackend

Günəşdən özünüzü qoruyun – Hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Avqustun 15-də gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı düşəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az