​Alov qüllələri Şahmat Olimpiadasına dəstək verməyə başlayıbbackend

​Alov qüllələri Şahmat Olimpiadasına dəstək verməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.
Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.
Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

İnterpress.az