Konqoda 30 mülki şəxs kütləvi qətlə yetirilibbackend

Konqoda 30 mülki şəxs kütləvi qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günündən bazar gününə keçən gecə Şimali Kiva əyalətinin Beni şəhərində baş verib.

Dinc sakinlərin Demokratik Qüvvələr İttifaqı – Uqandanın Milli Azadlıq Ordusu tərəfindən qətlə yetirildiyi ehtimal edilir. Konqo ordusunun təmsilçisi leytenant Mak Azukay mülki şəxslərin cəsədlərinin hərbçilər tərəfindən aşkarlandığını bildirib.

İnterpress.az