İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıbbackend

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumata görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə – heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

İnterpress.az