Cahangir Hacıyevin məhkəməsi təxirə salındı – YENİLƏNİBbackend

Cahangir Hacıyevin məhkəməsi təxirə salındı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Beynəlxalq Bank işi\”nə görə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Musavat.com xəbər verir ki, təqsirləndirilənlərdən İbrahim Hüseynovun vəkili prosesdə iştirak etmədiyindən məhkəmə avqustun 17-nə təxirə salınıb.

İ.Hüseynov \”İnter Security” MMC-nin baş direktoru olub.

Qeyd edək ki, adı çəkilən mühafizə şirkəti bankın inzibati binalarının mühafizəsini həyata keçirirdi.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs İbrahim Hüseynovun vəkili məhkəməyə gəlmədiyi üçün proses avqustun 17-ə keçirilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

***

Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. ( report.az )

İnterpress.az