Bu barədə açıqlaması Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
G. Məmmədovanın sözlərinə görə, Bakı və Abşeron yarımadasında avqustun 16-ı gecə və səhər saatlarında da arabir güclənən şimal-qərb küləyi əsəcək.
O qeyd edib ki, Azərbaycanın rayonlarında avqustun 15-də qərb küləyi arabir güclənəcək.
Qeyd edək ki, ETSN hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
İnterpress.az