İlhamə Quliyevanın köməkçisi həbsdə qaldıbackend

İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev hüquqlarını müdafiə etdiyi şəxsin barəsində açılmış cinayət işinə xitam verilməsi, ibtidai istintaqa göndərilməsi və M.Hüseynovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.

Vəsatətlər təmin edilməyib.Proses avqustun 23-nə təxirə salınıb. Mehriban Hüseynova buna etiraz olaraq ona qarşı haqsızlıq edildiyini bildirib.

\”Bu qədər ədalətsizlik olmaz. Mənə qarşı haqsızlıq edilir\”- deyə M.Hüseynova qeyd edib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətiimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

İnterpress.az