Bu barədə Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədov məlumat verib.
Komissiya rəsmisi xarici müşahidəçilərin müraciət edəcəkləri tarixi də açıqlayıb:
“Sekçiyə 20-25 gün qalmış xarici müşahidəçilərin akkreditasiya ilə bağlı MSK-ya müraciət edəcəkləri gözlənilir.
Hələ ki, heç bir xarici təşkilat referendumu müşahidə məqsədi ilə qeydiyyatdan keçmək istədiyini bildirməyib”.
Xatırladaq ki, 26 sentyabrda Konstitusiya dəyişikləri ilə bağlı Azərbaycanda referendum baş tutacaq.
İnterpress.az