88 azərbaycanlı Rusiya hərbi müəssisələrinə qəbul olunacaqbackend

88 azərbaycanlı Rusiya hərbi müəssisələrinə qəbul olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterfaks”-ın məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunlarına dair açıqlamasında deyib.

O bildirib ki, Rusiya bu ilin payızında Moskvada keçiriləcək hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının da müsbət nəticələr verəcəyini düşünür. A. Antonov Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işinin də uğurla davam etdiyini əlavə edib: “Hazırda Rusiya Müdafiə Nazirliyinin təhsil müəssisələrində 65 azərbaycanlı hərbçi ödənişsiz təhsil alır. Bu il daha 88 hərbçi qəbul edəcəyik”.

İnterpress.az