Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı (MQB) və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Interpress.az-a verilən məlumata görə, nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 608 litr qan toplanıb.
Interpress.az