”Bu millət alnından öpüləsi millətdir” – Ərdoğanbackend

”Bu millət alnından öpüləsi millətdir” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Türkiyə vəkillər kollegiyası üzvləri ilə görüşdə prezident Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan ölkədə tətbiq olunmuş fövqəladə vəziyyətin konstitutsiyaya uyğun olduğunu bildirib.

\”Fövqəladə vəziyyət konstitusiyada göstərilən prosedurla həyayta keçrilib.Çevriliş gecəsinə görə, hökuməti tənqid edənlər həmin gecədə yaşananları gözdən qaçırmağa çalışırlar . O gecə bir millət ayağa qalxmışdır. Bədənini güllələrə, bombalara sipər etmişdir. Elə zənn edirəm ki, dünyada da bunun bənzəri yoxdur. 79 milyonun hamısı tarixi bir imtahanı aln açıqlığı ilə vermişdir. Çevrilişçilərin nə qədər vicdansız, əxlaqsız, şüursuz, millətimizin isə nəcib, cəsur və qərarlı rəftar içində oluduğu göründü. Bu millətə hörmət duyulur, bu millət alnından öpüləsi millətdir\” – deyə Ərdoğan qeyd edib. (musavat)

İnterpress.az