Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu \”Twitter\” səhifəsində yazıb.
\”Turizm sektorumuza İrandan sonra Çindən gözəl xəbər: \”Çin Türkiyəyə tətbiq etdiyi səyahət qadağasını ləğv etdi\”, -deyə nazir bildirib.
Xatırladaq ki, ötən il dekabrın 21-dən Çin vətəndaşlarına Türkiyəyə səyahət etməyi müvəqqəti olaraq qadağan edib. Belə bir addımı İran da atmışdı. Lakin bu il avqustun 22-dən etibarən İrandan Türkiyəyə turpaketlərin satışına başlanılacaq.
İnterpress.az