Açıqlamada deyilir:
\”Dünən Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin ofisində İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü olan hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov ölkədə insan hüquqları üzrə hazırkı vəziyyəti müzakirə etmək üçün görüş keçirdilər.
Hüquq müdafiəçiləri vətəndaş cəmiyyəti üzvlərinin təqib olunmasını və iqtisadçı Natiq Cəfərlinin həbsi ilə bağlı vəziyyəti müzakirə etdilər. Görüş əsasında həbs olunanlar ilə bağlı vəziyyət təhil olundu, onların işləri ilə bağlı məlumatlar nəzərdən keçirildi.
Son aylar ərzində Azərbaycanda həbs olunan vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması prosesinə müsbət qiymət verməklə yanaşı, hüquq müdafiəciləri son həbslər və xüsusən vətəndaş cəmiyyətinin fəalı N.Cəfərlinin həbs olunmasını narahatlıqla qarşılayıblar.
Hüquq müdafiəçiləri həbs olunanların vəziyyətini diqqətdə saxlamaq üçün öz həmkarları və beynəlxalq təşkilatlar arasında intensiv görüşlərin aparılmasını nəzərdə tutub, hüquq mühafizə orqanları ilə həbs olunanların işləri üzrə mütəmadi müzakirələrin aparılmasını planlaşdırıb\”. ( musavat.com )
İnterpress.az