Qadın ölmüş ərini 4 ay diriltmək istədi – “Müqəddəs Su” iləbackend

Qadın ölmüş ərini 4 ay diriltmək istədi – “Müqəddəs Su” ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”-yə istinadən xəbər verir ki, Avqustun 16-da, Volqoqrad İstintaq İdarəsinin müdiri Milena Frantsuzova bu barədə məlumat yayıb. Onun sözlərinə görə ailənin başçısı 2015-ci ildə, yıxılaraq yataq xəstəsi olur və 1940-ci il təvəllüdlü keçmiş terapevt olan həyat yoldaşı, ona qayğı göstərməyə başlayır. Kişi nadir hallarda ayağa qalxarmış, qonşular onu sonuncu dəfə aprel ayında görürlər. Məlum olur ki, kişi qəflətən keçirinir, lakin qadın bunu heç kimə söyləmir, hətta başqa rayonda yaşayan uşaqlarına hər şey qaydasında olduğunu söyləyir. Cümə günü, qadının mənzilində daşqın baş verir və o qonşulara məcbürən qapını açır. Qonşular kişinin meyitini görüb polis orqanlarına müraciət edirlər. Məlum olur ki, qadın 4 aydır ki, ərini müqəddəs su ilə canlandırmaq üçün alternativ tibbi yollara əl atıb. Psixoloq qadının psixoloji vəziyyətini araşdırıb onu tam sağlam olduğunu isbatladı. İstintaq başa çatıb, qadın sərbəst buraxılıb.

İnterpress.az