Kərimovun ölüm xəbərini yayan redaktordan – Müsahibəbackend

Kərimovun ölüm xəbərini yayan redaktordan – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kislov prezidentin ölümünün məqsədyönlü şəkildə gizlədildiyini iddia edir. Onun \”Moskovski komsomolets\”də yayımlanan müsahibəsini təqdim edirik:

Danil, necə düşünürsünüz, nəyə görə sizin yaydığınız ölüm xəbərini inkar edən “etibarlı mənbələr”ə dəstək olaraq, Kərimovun sağ olduğu haqda heç bir rəsmi məlumat verilmir?

Prezidentin sağ olduğunu və mənim yaydığım xəbərin yalan olduğunu sübuta yetirmək üçün İslam Kərimovun iştirakı ilə bir video-süjetin hazırlanıb ictimaiyyətə təqdim edilməsi kifayət edərdi. Və ya onun hazırkı vəziyyətinin necə olduğu, hansı dəyişikliklərin qeydə alındığı, müalicəsinin necə getdiyi haqda bir-iki kəlmə yox, normal bir məlumat verilərdi. Prezidentin nə vaxt öz vəzifəsinin icrasına yenidən başlayacağı haqda dəqiq bir söz deyilərdi. Bunlar hamısı nə anlama gəlir?

Siz əminsiniz ki, Özbəkistan prezidenti vəfat edib. Niyə?

Bizim təkzibolunmaz məlumatlarımız var. Bu məlumatları bizə 15 ildir ki, əməkdaşlıq etdiyimiz, Özbəkistan hökumətində çalışan etibarlı mənbələr ötürüb. Mənbələrim o qədər yüksək rütbəli məmurlardır ki, mən onların adını yalnız məhkəmə önündə çəkə bilərəm. Təkrar edirəm, dünən Özbəkistan saatı ilə 13.00-da Prezident İslam Kərimov kliniki ölüm keçirib. Dediyim təsdiqlənməyib, amma Prezident Aparatından heç bir təkzib də gəlməyib.

Bütün Özbəkistan KİV-i susur, müstəqilliyin 25 illiyinin haralarda, hansı bayram tədbirləri ilə keçiriləcəyindən yazır. Çünki mətbuata senzura qoyulub.

Düşünürəm ki, prezidentin ölümü sentyabr ayının 1-dən sonra elan olunacaq.

Onlar konkret nəyi gözləyir?

Müstəqillik günü Özbəkistanda çox böyük bayramdır, onu bütün xalq sevir. Artıq bu gün üçün xeyli pullar xərclənilib. İkinci bir səbəb isə prezident öləndən sonra konstitusiyanın hakimiyyəti ötürmək reqlamenti işləməyə bilər. Hazırda hakimiyyət və pullar “onlar” arasında bölüşdürülür və razılaşdırılır. Bunun üçün pauzaya ehtiyac var.

“Onlar” deyəndə kimi nəzərdə tutursunuz?

Onlar – Özbəkistan elitasının ən ali şəxsləridir. İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova, Baş nazir Şövkət Mirziyayev, ən nüfuzlu şəxs Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnoyatov. Bu şəxslər hakimiyyəti öz əllərində saxlayır. İndi onlar fikirləşirlər, necə etsinlər ki, baş nazir prezident olsun, amma hamıya xoş getsin?

Özbəkistanın baş nazirinin birinci müavini Rüstəm Əzimovun həbsi ilə əlaqədar nə məlumdur? Əvvəlcə həbs olunduğu, sonra ev dustaqlığına buraxıldığı xəbəri yayıldı. Daha sonra isə hər iki xəbərin təkzibi…

Xəbəri ilk yayan müxalifətçi “Özbəkistan Milli Hərəkatı” saytı oldu. Onun rəhbəri uzun illərdir ki, xaricdə yaşayan müxalifətçi Məhəmməd Salehdir. Hansısa böyük siyasi dəyişikliklər gətirəcək xəbərlərlə gündəmə gəlməyə çalışır. Faktın yalan, yoxsa həqiqət olduğu haqda heç nə deyə bilmərəm.

Niyə məhz baş nazirin müavini haqda yazdılar bu xəbəri?

Əzimov Mirziyayevdən sonra prezident postuna ikinci – əsas real namizədlərdən biridir. Şərti olaraq Mirziyayevi rusmeyilli, Əzimovu isə amerikameyilli siyasətçi kimi tanıyırlar. Heç biri bu haqda ictimai rəyə açıqlama verməsə də, hər kəs onları belə tanıyır – təbii ki, şərti olaraq.

Gəlin elə düşünək ki, Əzimovu doğrudan da ev dustağı ediblər. Bunu hansı qüvvələr edib?

Bayaq adlarını sadaladığım elita… (musavat)

İnterpress.az