Katalonlar sübut etməyə çalışır ki, bu oyunçunun transferində öncəlik onlara məxsus olub.
Belə ki, Qabiqolla “Barselona”nın maraqlandığını bilən braziliya təmsilçisinin rəsmiləri avqustun 29-da məktub yazaraq bildiriblər ki, “İnter” oyunçunu almaq istəyir. Qaydalara görə, qarşı tərəf 3 gün ərzində məktuba cavab verə bilər. “Santos” isə onların cavabını gözləmədən avqustun 30-da “İnter”lə müqavilə imzalayıb.
Qeyd edək ki, Milan klubu maliyyə “feyr-pley” qaydalarını pozmamaq üçün Qabiqolun adını UEFA Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.
Interpress.az