Daşnaklar Köçəryana hücuma keçdilərbackend

Daşnaklar Köçəryana hücuma keçdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu sentyabrın 5-də keçirdiyi mətbuat konfransında Daşnaksütyun Partiyasının siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan deyib.

O, “Madrid prinsipləri”nin 2007-ci ilin noyabr ayında təqdim olunduğunu xatırladıb: “Yəni 2008-ci il prezident seçkilərinə qədər, onda Robert Köçəryan prezident, Vardan Oskanyan xarici işlər naziri idi. İndi maraqlıdır, bu sənər üzrə danışıq aparan adamlar bəyan edirlər ki, indiki hakimiyyət ölkədəki situasiyaya görə cavabdehdir. Düşünürəm ki, bu haqsızlıqdır”.

Ermənistan keçmiş prezidenti Robert Köçəryan sonuncu müsahibəsində deyib ki, “Madrid prinsipləri” indiki formada artıq yeni reallıqlarla üst-üstə düşmür və yenidən baxılmasına ehtiyac var.

İnterpress.az