Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. ( apa )
İnterpress.az