Separatçının Bakıda satılan kitabı ilə bağlı araşdırma aparılacaq-FOTObackend

Separatçının Bakıda satılan kitabı ilə bağlı araşdırma aparılacaq-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə istifadəçisi Araz Qurbanovun paylaşdığı həmin məlumata görə, Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikasının” ideoloqlarından biri olan və xüsusilə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır.

Kitabın müəllifi Fəxrəddin Abbaszadə tez-tez Ermənistan mətbuatında Azərbaycan əleyhinə danışdırılır. Xaricdəki bəzi güc mərkəzləri Fəxrəddin Abbaszadə kimiləri vasitəsilə ölkəmizdə yeni etnik münaqişə ocaqları yaratmağa çalışırlar.

Fəxrəddin Abbaszadənin müəllifi olan kitablarının redaktoru olan Zabil Məhərrəmov (Madoj) hələ bu ilin əvvəlində cəbhədəki dördgünlük aprel döyüşləri zamanı İrəvana sığınaraq, \”Talışıstan TV” vasitəsilə Azərbaycana qarşı çirkab püskürürdü..

Modern.az mətbuatda gedən bu xəbəri dəqiqləşdirmək üçün kitabların satıldığı mağazaya gedib.

Kitabların satıldığı mağazanın satıcısı Mehdi Əliyarov əməkdaşımıza bildirib ki, onlarda bu kitabların sayı 4 ədəd olub.

“İkisi dünən satılıb” deyən satıcı kitabların müəllifi haqqında məlumatının olmadığını deyib.

“Kitablar rus, ingilis və Azərbaycan dilindən talış dilinə tərcümə olunmuş lüğətlərdir. Cəmi 4 kitab var idi, 2-si satılıb. Kitabı təxmini 5 ay əvvəl İradə Məlikova adlı bir xanım gətirmişdi. Düzünü deyim ki, kitabların müəllifi və redaktoru haqqında məlumatım yoxdur. Bu haqda sizdən məlumat aldım. Kitabın müəllifi və redaktoru haqqında araşdırma aparacağıq. Əgər bu məlumat doğru olarsa, kitablar satışdan çıxarılacaq”.

İnterpress.az