Gülər Əhmədova həcc ziyarətindəbackend

Gülər Əhmədova həcc ziyarətində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətdə isə siyasətçilərin dini dünyagörüşləri hər zaman müzakirə predmetinə çevrilib. Baxmayaraq ki, Gülər Əhmədova artıq siyasi fəaliyyətlə məşğul olmur. Daha YAP-ın da üzvü deyil. Amma sosial şəbəkələrdə onun Həcc ziyarətinə getməsi ətrafında müxtəlif müzakirələr açılıb, birmənalı olmayan fikirlər səslənir.

Məsələyə hakim Yeni Azərbaycan Partiyasi (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Siyavuş Novruzov da münasibət bildirib. O, Modern.az-a deyib ki, insanların dini istəkləri müzakirə olunmamalıdır.

“Həcc ziyarəti hər bir insanın qəlbindən gələn istəkdir. Ümumiyyətlə, müsəlmanın 2 vətəni var. Bir doğulduğu torpaq, bir də Məkkə şəhəridir ki, insanlar ora ziyarətə yollanır. Kimin Məkkəni ziyarət etmək arzusu, istəyi varsa, bunu siyasətə qatmaq lazım deyil. Din ritualdır”.
YAP rəsmisi onu da əlavə edib ki, kiminsə hansı partiyanın üzvü olub-olmaması onun dindarlığına maneçilik törətməməlidir.
“Hər bir müsəlmanın arzusudur ki, Həcc ziyarətini həyata keçirsin. Kim istəyir gedib ziyarətini gerçəkləşdirə bilər. İstər YAP-çı olsun, istər solçu, fərq etməz. Bu cür məsələləri bir araya gətirib, insanların etiqad azadlığını pozmaq olmaz”.

Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.

Belə ki, bu il iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

İnterpress.az