Ahılların neçə faizi herontoloji yaş həddində olan xəstələrdir?backend

Ahılların neçə faizi herontoloji yaş həddində olan xəstələrdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, ilkin müraciətlərin sayı il ərzində ən azı 2 min nəfər təşkil edir ki, onlardan da qeydiyyata götürülən xəstələrin 65-67 faizini herontoloji yaş həddində olan xəstələr təşkil edir. İl ərzində poliklinikaya orta hesabla 65 mindən çox xəstə gəlişi (ilk və növbəti gəliş) qeyd olunur.

Müayinə və müalicə olunan ahıl xəstələr ildə 2 dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunur. Hər il herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədi ilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə, \”Açıq qapı\” aylığı keçirilir. “Aylıq” ərzində ərazi poliklinikalarından \”Sağlamlıq sahəsi\” poliklinikasına ixtisaslaşmış tibbi xidmət almaq məqsədilə ortalama 5 minə yaxın xəstə müraciət edir.

Qeyd edək ki, heriatrik yaş qrupundan olan xəstələrin (xüsusən 60-74 yaş və daha yuxarı) vaxtında müayinə olunması, onların dispanser qeydiyyatına götürülməsi, aşkara çıxan xəstəliklərin müalicəsinin təşkili və ahıl xəstələr arasında sağlam həyat tərzi, rasional qidalanma və orqanizmin möhkəmləndirilməsi istiqamətində aparılan təbliğat işi ahıl insanlar arasında əlilliyin və ölüm hallarının azalmasına, ömrün uzadılmasına, aktiv uzunömürlülüyə nail olmağa yardım edir.

İnterpress.az