Özbəkistan prezidenti postuna əsas iddiaçılarbackend

Özbəkistan prezidenti postuna əsas iddiaçılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1989-cu ildən Özbəkistana rəhbərlik edən İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. O, SSRİ vaxtı, 1989-cu ilin iyun ayının 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanın başında dayanırdı. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra beş dəfə dövlət başçısı seçilmişdi.

Özbəkistanda prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. 3 ay ərzində prezident seçkisi olmalıdır.

54 yaşlı Niqmatilla Yoldaşov Daşkənddə doğulub. Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illər prokurorluq orqanlarında çalışıb, 2008-2011-ci illərdə baş prokurorun müavini olub.

2011-ci ildə ədliyyə naziri təyin edilən Niqmatilla Yoldaşov bu vəzifədə 2015-ci ilin yanvarınadək çalışıb. 2015-ci il yanvarın 20-də prezident sərəncamı ilə senator təyin olunan Niqmatilla Yoldaşov 2 gün sonra Senat sədri seçilib.

Məlumata görə, növbəti prezident kimi ən çox 3 nəfərin adı çəkilir: baş nazir Şövkət Mirziyayev, baş nazirin birinci müavini Rüstəm Əzimov, Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnayətov.

Mirziyayev

Şövkət Mirziyayev 1957-cı il iyulun 24-də Cizak vilayətində anadan olub. 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb.

Texnika elmləri namizədidir.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.

1992-ci ildə Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi təyin olunub. 1996-cı ildə Cizak vilayətinin hakimi vəzifəsinə keçirilib. 2001-ci ildə Səmərqənd vilayətinin hakimi vəzifəsinə təyinat alıb.

2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.

Əzimov

Rüstəm Əzimov 1958-ci il sentyabrın 20-də Daşkənddə anadan olub. Daşkənd Dövlət Universitetinin, Daşkənd İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanizasiyası İnstitutunu, Böyük Britaniyada Oksford Universitetini bitirib.

Uzun illər bank sahəsində çalışıb, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkəsini təmsil edib.

1998-ci ildə maliyyə naziri təyin edilib. 2000-ci ildən baş nazirin müavini, 2005-ci ildən baş nazirin birinci müavinidir.

İnayətov

Rüstəm İnayətov 1944-cü il iyunun 22-də Şerabad şəhərində doğulub. 1968-ci ilə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib.

Hərbi xidmət keçərkən Dövlət Təhlükəsizlik Komitəsi sıralarına daxil olub. 1976-1981-ci illərdə Əfqanıstandakı DTK rezidenturasının əməkdaşı olub.

1995-ci il iyunun 27-dən Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədridir, general-polkovnikdi (musavat)

İnterpress.az