İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.
\”\”Hamımız qardaşıq\” şüarı \”Matfeydən İncil\”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin \”bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar\” təlimindən ilhamlanıb\”, – deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.
İnterpress.az