İŞİD Suriyada 2 Türkiyə tankını vurdu, 3 hərbçi həlak oldubackend

İŞİD Suriyada 2 Türkiyə tankını vurdu, 3 hərbçi həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə silahlı qüvvələrinin Baş qərargahı tankların vurulması nəticəsində 2 hərbçinin həlak olduğunu, 5-nin yaralandığını açıqlamışdı.
Son məlumata görə yaralı hərbçilərdən biri xəstəxanada keçinib.
Nəticədə həlak olanların sayı 3-ə çatıb. Bu, Türkiyə ordusunun Suriyada itirdiyi sayca 4-cü əsgərdir.
Vurulan tankların sayı isə 4-dür. Baş qərargah bildirir ki, bu günkü döyüşlərdə daha iki kənd Azad Suriya Ordusunun nəzarətinə keçib.

21:22

Suriyada \”Fərat Qalxanı\” adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların 14-cü günündə raket zərbələri nəticəsində 2 türk əsgəri ölüb, 5-i yaralanıb.
\”Habertürk\” xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ötən sutka ərzində terrorçuların mövqelərinə 15 artilleriya zərbəsi endirilib, 44 hədəf məhv edilib.

İnterpress.az