İxtisasını dəyişmək istəyən tələbələr üçün xəbərbackend

İxtisasını dəyişmək istəyən tələbələr üçün xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq tələbələrin transfer.edu.az elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb.

Bu müddətdə 1061 nəfər tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 51 tələbə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

Qeyd edək ki, təhsil nazirinin \”Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə\” əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb. (milli.az)

İnterpress.az