“Bayram günlərində 15 mindən yuxarı sərnişin yola salınacaq”backend

“Bayram günlərində 15 mindən yuxarı sərnişin yola salınacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram günləri yaxınlaşdıqca bir çox qrumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Bu hal artıq ənənə halını alıb. Qurban Bayramına da sayılı günlər qalıb. Elə bu məqsədlə Bakı Beynəlxalq Avtovağzalı əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutub:

Bunu İnterpress.az-a BBA-nın növbə rəisi Məhəmməd Abdullayev bildirib.

“Gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq. Sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və sentyabr 10-11-nə kimi davam edəcək. Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassa vasitəsilə həyata keçirilir. Digər günlərdən fərqli olaraq bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılacaq. Adi günlərdə 380-400 nəqliyyat vasitəsi 9-10 min sərnişin yola salırdıqsa bayram günlərində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az