Səudiyyə Ərəbistanına silah satışı dayansın!backend

Səudiyyə Ərəbistanına silah satışı dayansın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, İnglis parlamentinin Silahların İxracına Nəzarət Komitəsi Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını tələb edib.

Məlumata əsasən İngiltərənin S.Ərəbistanına satdığı silahların böyük hissəsi Yəməndə beynəlxalq hüquqa zidd şəkildə istifadə edildiyi qeyd olunur.
Komitənin hazırladığı hesabatı əldə edən BBC-nin “Newsnight” proqramının jurnalisti Gabriel Gatehouse: “Səudi Ərəbistanının silahlardan beynəlxalq hüquqa zidd şəkildə istifadə etməsinə dair çoxlu sübütlar mövcuddur”

İngiltərənin xarici işlər naziri Boris Jhonson isə parlamentin əksinə bazar ertəsi silah satışını dəstəkləyən açıqlamalar verib.

Qeyd edək ki, BBC-nin məlumatına əsasən Səudi Ərəbistanı Yəməndə hakimiyyətin ələ keçirilməsinə cəhd edən Şiə-Husi hərəkatına 2015-ci ildən etibarən dəstək verir.

Aytək Yusifsoy
İnterpress.az