Hökümət helikopterləri Hələbə xlor atıbbackend

Hökümət helikopterləri Hələbə xlor atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Könüllü fövqəladə xilasedicilər deyir ki, Sukari-yə olan hücumdan sonra insanlar çətin nəfəs almaqdan əziyyət çəkiblər.
Məlumatı müstəqil olaraq dəqiqləşdirmək mümkün olmayıb. Avqust ayında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdu ki, hökumət ən azı iki halda xlordan istifadə edib.
Suriya hökuməti hər zaman xlordan kimyəvi silah kimi istifadəni inkar edib.
Bu hadisə, çərşənbə günü Suriya müxalifəti münaqişəyə son qoymaq üçün yeni siyasi planlar hazırlamaq üçün Londonda keçiriləcək görüşü ərəfəsində baş verir.
Suriya Mülki Müdafiənin xilasedicisi, Ibrahem Alhaj deyir ki, Hələbə helikopter çəllək bombaları atandan bir qədər sonra əraziyə çatıb və orda 4 ədəd xlor silindri görüb.
Üsyançıların nəzarətində olan ərazidə çalışan Suriya Mülki Müdafiə könüllüsü öz facebook səhifəsində uşaqların oksigen maskaları ilə nəfəs almasını göstərən video yerləşdirib.
Qrup hökumət qüvvələrini avqustda başqa bir xlor hücumunu törətməkdə ittiham edir.
Suriya hökumətinin müttəfiqi olan Rusiya üsyançıları Hələbin hökumət nəzarətində olan ərazilərə tərkibində \”zəhərli qaz\” olan mərmi atəşinə tutmaqda ittiham edib.(bbs)

İnterpress.az