Siyasilərin “Referendum-2016” şərhləribackend

Siyasilərin “Referendum-2016” şərhləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 31 avqustda Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə qeyd edib: “Referendum Aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır. Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərini daha da təkmilləşdirilməsinə xidmət edir. Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür”

Siyasilərin "Referendum-2016" şərhləri

Müxalifət birmənalı olaraq referendumun keçirilməsinə qarşı çıxır, bunun üçün müxtəlif iclaslar və tədbirlər həyata keçirir. 18 sentyabr tarixinə planlaşdırılmış mitinqin referenduma etiraz məqsədi ilə həyata keçiriləcəyi artıq məlumdur. Məlumatına əsasən mitinqin iki saat müddətində olacağı qeyd edilir.

Mitinq xəbərinə reaksiya olaraq açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, müxalifətin hansı tədbir keçirəcəyi Yeni Azərbaycan Partiyasını maraqlandırmır: \”Onlar bizim oponentlərimizdir və biz əvvəldən bilirdik ki , referendum layihəsinə mənfi münasibət göstərəcəklər. Ümumilikdə Azərbaycanda olan radikal müxalifət, iqtidarın atdığı bütün addımlara qarşı əks reaksiya verir. Ona görə də onların indiki referendumla bağlı etirazları gözləniləndir.

Siyasilərin "Referendum-2016" şərhləri

KXCP sədri Mirmahmud Mirəlioğlu isə açıqlamasında partiyasının nəyə görə təşviqatı baykot etməyə çağırması barədə danışıb. “Biz referendumu boykot etdik və xalqı bu referendumda iştirak etməməyə çağırdıq. Alternativsiz təşviqat aparmaq Azərbaycan hakimiyyətinin mahiyyətidir. Hökumət belə istəyir və ona da nail olur. Konstitusiyanın dəyişəcək müddəaları da hakimiyyətin alternativsiz, tək qalmasına hesablanıb. Hökumət seçici ilə tək qalıb. Mən tam məsuliyyətimlə deyirəm ki, heç kim bu referendumda iştirak etməyəcək”.

Siyasilərin "Referendum-2016" şərhləri

Nəzərə çatdırmaq lazımdır ki, referendumun baş tutması üçün seçicilərin ən azı 25 faizinin iştirakı vacibdir. Siyasi şüurun səviyyəsi, bir sıra sosial amillər cəmiyyətdə fikirlərin müxtəlifliyinə səbəb olur.

Arif Hacılı isə keçiriləcək referendumun zəruri olub-olmaması barədə izahatın verilməməsindən narazılığını bildirir.

Siyasilərin "Referendum-2016" şərhləri

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa açıqlamasında bildirib ki, “Mən düşünürəm ki, referendumun keçirilməsinin hökumət strukturunun daha da təkmilləşməsi ilə daha ciddi əlaqəsi var. Həqiqətən də Nazirlər Kabinetinin hər hansı çevik bir fəaliyyətinin olmaması bu proseslərə ciddi təsir göstərir. Prosesləri tənzimləmək üçün yeni bir struktura zərurət yarandı. Bu da vitse-prezident institutunun yaradılması ilə bağlıdır. İslahatlara ölkə prezidenti rəhbərlik edir. Nəzərdə tutulur ki, funksional fəaliyyətin daha da dəqiq tənzimlənməsi üçün bu strukturun Nazirlər Kabinetindən fərqli formada prezidentlə əlaqəli şəkildə fəaliyyət göstərməsi mümkün olsun. Ona görə də bu cür funksional fəaliyyət üçün zəruri olan və birbaşa səlahiyyəti prezidentdən alan, onun islahatlarını həyata keçirmək prinsiplərinə uyğun davranan bir vitse-prezidentlik institutuna ehtiyac var. Yəqin ki, bu təklif də referendumda xalq tərəfindən dəstəklənəcək və ölkədə bu istiqamətdə islahatların həyata keçirilməsi baş tutacaq. Burada nəzərdə tutulan ən prinsipial məsələ budur”. Fazil Mustafa həmçinin yaş senzi ilə bağlı məsələyə fikir bildirirərək bu təklifi müsbət hal kimi qiymətləndirib.

Siyasilərin "Referendum-2016" şərhləri

Aytək Yusifsoy
İnterpress.az