“Ölü canlar” üçün 15 kreditbackend

“Ölü canlar” üçün 15 kredit

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə İrkutsk vilayətində baş verib.
Vilayətin Mikromaliyyə təşkilatının əməkdaşı fotoşopla 400-min rubl mənimsəyib. İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, qadın fotoşopla saxta sənədlər hazırlayaraq küllü miqdarda kreditə pul götürüb. Kredit qeyri-mövcud insanların adlarına açılıb.
Qeyd edlir ki, Anqarsk vilayətində yaşayan 31 yaşlı saxtakar qadın 2015-ci ilin aprel ayında saxta sənədlərlə, anket dolduraraq \”Домашние деньги\” (“Domaşniye dengi”) adlı banka işə qəbul edilir.
Çalışıdığı gündən fotoşopla vətəndaşların saxta pasport nüsxələrini çap edərək, 420 min rubl məbləğındə 15 qondarma kredit müqaviləsi imzalayıb.
Bu haqda Angarsk şəhər məhkəməsinin mətbuat xidməti xəbər verir.
Sonda xanım ifşa olunaraq polis tərəfindən tutulur.
İrkutsk vilayətinin Anqarsk şəhər məhkəməsinin qərarı ilə saxtakar qadına 2 il şərti olaraq həbs cəzası verilir.
Vəkil cəzanın bu qədər yüngül olmasını belə izah edib: “Qadın ilk dəfə cinayət işləyib, o vicdan əzabi çəkir, həmçinin onu evdə körpə balası gözləyir”.

İnterpress.az