Azərbaycan Paralimpiya lisenziyalardan rəsmən imtina etdibackend

Azərbaycan Paralimpiya lisenziyalardan rəsmən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və idman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmamış və lisenziyaılar qəbul edilməyib.

Bunu İnterpress.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayyə Məmmədova deyib.

S. Məmmədova bildirib ki, paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina etmiş və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar.

Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.

Gülşanə Mustafayeva
İnterpress.az