“Exit-poll” keçirmək istəyən təşkilatlar qeydə alındıbackend

“Exit-poll” keçirmək istəyən təşkilatlar qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, MSK sədrinin müavini Natik Məmmədov bildirib ki, \”exit-poll\” keçirmək üçün müraciət edən təşkilatlar araşdırılıb. O qeyd edib ki, müraciət edən təşkilatlardan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və ELS Müstəqil Araşdırmalar Mərkəzi \”exit-poll\” keçirmək sahəsində lazımi təcrübəyə malikdirlər.

N.Məmmədov bildirib ki, həmin təşkilatların qeydə alınması üçün kifayət qədər əsaslar var.

Daha sonra məsələ səsverməyə qoyulub və müraciət edən təşkilatlar \”exit-poll\” keçirmək üçün MSK tərəfindən qeydə alınıb.

\”Exit-poll\” keçirmək üçün müraciət edən Rəy Monitorinq Mərkəzinin qeydə alınması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

İnterpress.az