Baş məşqçi: “Azərbaycanı məğlub etməliyik”backend

Baş məşqçi: “Azərbaycanı məğlub etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goal.az xəbər verir ki, Danimarkanın \”Kopenhagen\” klubunun baş məşqçisi Stole Solbakken deyib.

48 yaşlı mütəxəssis Norveç yığmasına rəhbərlik etmək arzusundadı. Ölkəsinin mətbuatına açıqlama verən Solbakken millinin \”sükanı arxası\”na keçməyə hazır olduğunu bildirib. O qeyd edib ki, federasiya rəhbərliyi hazırkı çalışdırıcı Per-Matias Hoqmo ilə yolları ayırmalıdı: \”Millini çalışdıra bilərəm. Axı mən vaxtilə yığmanın formasını geyinmişəm. Bundan əlavə, məşqçi kimi də təcrübəm çoxdu\”.

Solbakken söhbət əsnasında Norveçin DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da toxunub. O, ölkəsinin Azərbaycanla oktyabrda baş tutacaq matçda qələbə qazanmalı olduğunu deyib: \”Düşünürəm ki, Norveçin payızda əsas sınağı Çexiyaya qarşı olacaq. O görüşə kimi isə Azərbaycan və San-Marinoya qalib gəlmək lazımdı. Federasiya rəhbərliyi yeni baş məşqçi axtarsa, mən hazıram\”.
Qeyd edək ki, Norveç yığması DÇ-2018-in seçmə mərhələsinin ilk oyununda öz meydanında Almaniyaya 0:3 hesabı ilə uduzub.

İnterpress.az