Lavrovla Kerri arasında telefon danışığı olubbackend

Lavrovla Kerri arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Danışıq zamanı əsas müzakirə mövzusu Suriya münaqişəsi olub. Bununla bağlı tərəflər Cenevrədə yeni görüş keçirməyi planlaşdırır.

“Sergey Lavrov ABŞ dövlət katibinə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı narazılığını ifadə edib”, məlumatda vurğulanır.
Qeyd edək ki, ABŞ Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyahısını növbəti dəfə genişləndirib. ABŞ-ın Ticarət Nazirliyi Rusiyanın 80-dən çox şirkətini sanksiyalar siyahısına əlavə edib.

İnterpress.az