Putinə sonuncu təklif: Obama cavab gözləyirbackend

Putinə sonuncu təklif: Obama cavab gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzVision.az xəbər verir ki, rəsmi Vaşinqton Moskvadan cavab gözləyir.

Məlumata əsasən ABŞ-ın təklifində Suriyada bütün ölkə ərazisində atəşkəsin elan edilməsi, humanitar dəhlizin yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, həmçinin terrorçuların mövqelərinə Rusiya-ABŞ birgə hava zərbələrinin endirilməsi nəzərdə tutulur.

Rusiyanın rədd cavabı verəcəyi təqdirdə, Vaşinqtonun hansı addımı atacağı bilinmir.

Qeyd edək ki, sentyabrın 5-də G20 sammiti çərçivəsində Çində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında görüş keçirilib.

İnterpress.az