NATO-nun Qara dənizdəki varlığını gücləndirmək arzusubackend

NATO-nun Qara dənizdəki varlığını gücləndirmək arzusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “dunyabulteni.tr”-yə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə NATO-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi üçün təşkil edilən 4-cü iclasda Stoltenberq Gürcüstanın baş naziri ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb.
Qara dənizin Avropa-Atlantik təhlükəsizliyi baxımından çox vacib olduğunu ifadə edən Stoltenberq: “Qara Dənizdə Rusiyanın varlığının yüksək həddə olduğunu gördük, eyni zamanda bu vəziyyət Kırımda da mövcuddur”.

Stoltenberq, İttifaq üzvlərinin Qara Dənizdəki NATO varlığının gücləndirmə mövzusunda Ukrayna və Gürcüstan kimi müttəfiq ölkələrlə dialoqların aparılmasının vacibliyini vurğuyıb.

Stoltenberq: “NATO-nun qapısı hər zaman açıqdır və bu dəfələrlə göstərilib”

Gürcüstanın NATO-ya üzv olub olmayacağı barədə sualları cavablandıran Stoltenberq, NATO-nun genişləndirilməsi istiqamətli addımların atılmasına davam ediləcəyini bildirib. Baş katib, bir çox sahədə təsirli islahatlatlar edən rəsmi Tiflisə üzvlük üçün vacib olan şərtlərin yerinə gətirilməsində dəstək verdiklərini qeyd edib.

İnterpress.az