Qanunsuz parkomatların aqibəti necə olacaq?backend

Qanunsuz parkomatların aqibəti necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı olaraq, Bakı Nəqliyyat Agenliyi tərəfindən monitorinqlərə başlanılıb.

Bu barədə İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

“Bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS (İntellektual Nəqliyyat Sistemi) layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir”.

Gülşanə Mustafayeva
İnterpress.az