Arvadı ilə dalaşdı – Özünü bıçaqladıbackend

Arvadı ilə dalaşdı – Özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər prokurorluğundan verilən məlumata görə, Sumqayıt sakini 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.

Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qan itirmə nəticəsində dünyasını dəyişib.

X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq. ( report.az )

İnterpress.az