İki yeni sürüşmə ocağı  yaranıb- baş geoloqbackend

İki yeni sürüşmə ocağı yaranıb- baş geoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş geoloqu Əlamdar Piriyev deyib.

Baş geoloq bildirib ki, sürüşmə ocaqları İsmayıllı rayonu Baskal yolunda, digər isə Gədəbəyin Arıqvan və Əyridərə rayonlarında yaranıb.

Daha sonra, Ə.Piriyev bildirib ki, avqust ayında havaların isti keçməsi ilə əlaqədar olaraq monitorinq aparılan sürüşmə sahələrində sabitlik höküm sürüb:

“ Bəzi yerlərdə- Bakı-Abşeron ərazisində Zığ və Masazır sürüşmə sahəsində kütlələr üzərində olan çatlarda müəyyən genişlənmə qeydə alınıb. Bu da böyük bir ərazini əhatə etmir”.

Respublika ərazsində olan sürüşmələrdən danışan baş geoloq qeyd edib ki, Bakı-Şamaxı, Bakı-Ağsu yolunda, Muğanlı sürüşmə sahəsində olan müəyyən qədər genişlənmə qeydə alınıb.

\” Ancaq buna baxmayaraq bu ərazilərdə ciddi fəlakətlər törətməyib. İsmayılı rayonunun Baskal yolunda 10 km-də 1 km uzunluğunda sürüşmə sahəsi qeydə alınıb. Yağıntı suların çatlara dolması nəticəsində balaca gölməçələr əmələ gəlib. Bu da nisbətən genişlənməyə səbəb olub”.
Qrum rəsmisi əlavə edir ki, sentyabr ayında sürüşmə nisbətən genişlənib:
“Sentyabr ayında Gədəbəy rayonun Arıqvan kəndində 500-700 metri əhatə edən sürüşmə qeydə alınıb. Sürüşmə ilə əlaqədar olaraq 13 ev nəzarətə götürülüb. Ancaq bu evlərdə hələlik çatlar yaranmayıb, ziyan da dəyməyib. Sonra Əyridərə deyilən kəndə də uzunluğu 500-700 metr olan sürşmə sahəsi qeydə alınıb. Buna görə də kəndə gediş və gəliş dyanadırılıb.Hazırda bu ərazidə bərpa işləri aparılır”,-deyə baş geoloq əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az