İcbari tibbi sığortanın tətbiq ediləcəyi bölgələrin adları açıqlandıbackend

İcbari tibbi sığortanın tətbiq ediləcəyi bölgələrin adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, 10 ildən artıqdır müzakirə mövzusu olan icbari tibbi sığortanın nəhayət ki, tətbiqinə başlanılır.

Bunu Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə dövlət agentliyinin direktoru Zaur Əliyev özünün tvitter hesabında açıqlayıb:

Z.Əliyev qeyd edib ki, İcbari tibbi sığortanın tətbiq olunacağı ərazilər ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonu olacaq.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidən musavat.com-a verilən məlumatda bildirilir ki, Agentlik tərəfindən aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib.

Məlumatda bildirilir ki, pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb.

Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək.

Məlumata görə, bununla əlaqədar olaraq, Agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb.

Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.

İnterpress.az