“Tıpış-tıpış gəlib, ifadə verəcək”backend

“Tıpış-tıpış gəlib, ifadə verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Baş nazir Binali Yıldırım valilər toplantısında çıxış edib:
\”Məmləkətə qulluq edirsinizsə heç nədən çəkinməyin. Dünyanın heç bir yerində tam olaraq düzgün şəkildə iş görülə bilməz. Hər işi qusursuz etməyə çalışsanız işi yerinə yetirə bilməzsiniz. Seçim etmək, hər hansı bir işin nəticəsini gözləmək, qanunlara riayyət etmək hamımız borcudu. Xətalar edin, amma xəyanət etməyin” – bu fikri Baş nazir Binali Yıldırım bildirib.
Yıldırım, HDP lideri Səlahəddin Demirtaşa münasibət bildirərək: “Terrorla əlaqəsi çıxmış bir partiya rəhbərinin bələdiyyə seçki kompaniyalarında sinəsinə döyərək belə edəcəyik, bunu edəcəyik deməsi harda qaldı? Dəmirtaş nəyə qadir olduğunu göstərdi. Heç kim inciməsin, bura hüquq dövlətidir, kimsə hüquqdan üstün deyil. Bəziləri əllərinə silah almaqla Türkiyəni, bu böyük ölkəni əlinə alacağınımı güman edir? Bura bir hüquq dövlətidir, məhkəmə çağırırsa tıpış – tıpış gələcək ifadəsini verəcək \”deyə bildirib.

İnterpress.az